15/11/2018

AIDA və ADA Universiteti asiyalı və afrikalı diplomatlar üçün ölkəmizdə ixtisasartırma kursları təşkil edib

Link: http://azertag.az/

Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq təşkil etdiyi Asiyanın və Afrikanın bir sıra ölkələrinin diplomatları üçün ölkəmizdə “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” adlı ixtisasartırma kursunun açılış mərasimi olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və AIDA-nın direktor müavini Aliyə Ağazadə proqram barədə iştirakçıları məlumatlandırıblar.

Proqram beynəlxalq siyasət, hüquq və təşkilatlar, iqtisadi və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və azərbaycanşünaslıq kimi mövzuları əhatə edir. Bu proqramda iştirak edən əcnəbi diplomatlara ölkəmizin tarixi, siyasəti, coğrafiyası və mədəniyyəti barədə geniş məlumatlar verilir.

Üç həftə davam edəcək proqramda Banqladeş, Cibuti, Çin, Efiopiya, Əfqanıstan, Fələstin, Keniya, Malayziya, Monqolustan, Mozambik, Myanmar, Nepal, Pakistan, Somali, Toqo və Vyetnamdan olan diplomatlar iştirak edir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ