21/03/2019

Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub

Link: https://azertag.az/

"Buenos-Ayres fəaliyyət planı"nın 40-cı ildönümünə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində təşkil olunan sərgidə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) təmsil olunub.

XİN-dən AZƏRTAC-a bildirilib ki, martın 20-də Argentinanın Buenos-Ayres şəhərində "Buenos-Ayres fəaliyyət planı"nın 40-cı ildönümünə həsr olunmuş “Cənub-Cənub əməkdaşlığının rolu və 2030-cu il üzrə davamlı inkişaf gündəliyinin icrası: çağırışlar və imkanlar" adlı konfrans işə başlayıb.

Konfrans çərçivəsində Cənub-Cənub əməkdaşlığı üzrə sərgi təşkil edilib. Sərginin təşkil edilməsində əsas məqsəd Cənub-Cənub əməkdaşlığında iştirak edən ölkələrin ən yaxşı təcrübələrinin təqdim edilməsi, eləcə də Cənub ölkələri arasında əməkdaşlıq əlaqələrinin təşviqi olub. 40-a yaxın ölkənin iştirak etdiyi sözügedən sərgidə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) öz stendi ilə təmsil olunub.

Konfransda iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AİDA stendinə baxıb.

Stenddə Cənub-Cənub əməkdaşlığının təşviqində böyük rolu olan AİDA-nın fəaliyyəti, eləcə də ölkəmizin donor qismində dünyanın müxtəlif regionlarında həyata keçirdiyi layihələr, həmçinin humanitar yardım və beynəlxalq inkişaf çərçivəsində göstərdiyi yardımlar barədə geniş məlumat ziyarətçilərə təqdim edilir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ