11/10/2019

Bakıda türkdilli dövlətlərin inkişaf agentliklərinə həsr olunmuş konfrans keçirilib

Link: https://report.az/

Bakıda ADA Universitetində "Türkdilli dövlətlərin inkişafı üzrə rəsmi agentliklərinin beynəlxalq yardım sisteminə inteqrasiyasının stimullaşdırılması" mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, konfrans Türk Şurasının dəstəyi ilə Türkdilli Dövlətlərin Başçılarının VII Zirvə toplantısı çərçivəsində keçirilir.

Azərbaycan Xarici İşlər Nazirliyi yanında Beynəlxalq İnkişaf Agentliyi (AİDA), BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) və BMT-nin İnkişaf Proqramı tərəfindən təşkil olunan tədbirdə türkdilli dövlətlərin rəsmi agentliklərinin nümayəndələri, habelə beynəlxalq və ixtisaslaşmış regional təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Konfransın əsas məqsədi türkdilli ölkələrin agentliklərinin humanitar imkanlarını nümayiş etdirmək, problemlərin və onların həll perspektivlərini müzakirə etmək, işçi qrupunda inkişafa yardım agentlikləri və beynəlxalq strukturlar arasında yeni platforma yaratmaqdır.

Tədbirdə BMT İnkişaf Proqramının rəhbəri Alessandro Frakasseti, AİDA nümayəndəsi Etibar Kərimov və Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov iştirak ediblər.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ