29/11/2019

Azərbaycandan Albaniyaya humanitar yardım

Link: https://qafqazinfo.az/

26 noyabr tarixində Albaniyada baş vermiş 6,4 bal gücündə zəlzələnin törədiyi fəsadların aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Albaniyaya 500 min avro məbləğində humanitar yardım göstərilib.

Bu barədə "Qafqazinfo"ya XİN-dən məlumat verilib.

Yaranmış vəziyyətlə bağlı, Almaniya, İsveçrə, Fransa, Monteneqro, Serbiya, Türkiyə, Yunanıstan və Xorvatiya axtarış-xilasetmə qrupu, Bolqarıstan və Şimali Makedoniya maliyyə yardımı, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, Finlandiya və Çex Respublikası isə bu ölkəyə humanitar yardım göndəribər.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ