12/12/2019

AIDA ilə İtaliya universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Link: https://azertag.az/

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəis müavini Aliyə Ağazadə dekabrın 12-də Venesiyanın Ka Foskari Universitetində agentliyin dəstəyi ilə aparılan azərbaycanşünaslıqla bağlı elmi fəaliyyət proqramı üzrə məsul professor Karlo Frappinin dərsində iştirak edərək ölkəmizin beynəlxalq humanitar yardım siyasəti, AIDA-nın fəaliyyəti barədə mühazirə oxuyub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə sözügedən universitetin rektoru Mişel Buqliese ilə görüşən A.Ağazadə AIDA və Ka Foskari Universiteti arasında mövcud olan uğurlu əməkdaşlığa və perspektivlərə dair fikir mübadiləsi aparıb.

A.Ağazadə İtaliyaya səfəri çərçivəsində, həmçinin Romadakı Sapienza Universitetində AIDA-nın dəstəyi ilə aparılan azərbaycanşünaslıqla bağlı elmi fəaliyyət proqramı üzrə məsul professor Daniel Pomierin mühazirəsində də iştirak edib. Mühazirə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunub. Mühazirə zamanı D.Pomier Azərbaycanın xarici siyasəti barədə tələbələrə məlumat verib, müəllifi olduğu və AIDA-nın dəstəyi ilə cari ildə nəşr olunan “Azərbaycanın beynəlxalq tarixi 1918-1920” kitabını tələbələrə təqdim edib. Mühazirə zamanı AIDA-nın direktor müavini Azərbaycanın beynəlxalq humanitar və inkişaf yardım siyasəti, təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb.

AIDA-nın dəstəyi ilə bir sıra xarici ölkələrin nüfuzlu universitetlərində azərbaycanşünaslıq üzrə kafedra, mərkəz və elmi tədqiqat proqramları fəaliyyət göstərir.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Venesiya

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ