13/12/2019

Azərbaycan tərəfindən Albaniyaya göstərilmiş humanitar yardım rəsmi olaraq təqdim olunub

Link: https://azertag.az/

Xəbər verildiyi kimi, Albaniyada noyabrın 26-da baş vermiş 6,4 bal gücündə zəlzələnin törədiyi fəsadların aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə bu ölkəyə Azərbaycan Hökuməti tərəfindən 500.000 avro dəyərində yardım göstərilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 11-də Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfiri Anar Hüseynov ilə Albaniyanın Yunanıstandakı səfiri Aridana Hobdari arasında keçirilmiş görüş zamanı yardımla bağlı simvolik çek qarşı tərəfə təqdim edilib.

Xanım səfir ölkəsi adından Azərbaycan Respublikasına yardıma görə təşəkkürünü ifadə edib və ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.

Azərbaycan tərəfindən Albaniyaya göstərilmiş humanitar yardım rəsmi olaraq təqdim olunub

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ