Xəbər verildiyi kimi, Albaniyada noyabrın 26-da baş vermiş 6,4 bal gücündə zəlzələnin törədiyi fəsadların aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə bu ölkəyə Azərbaycan Hökuməti tərəfindən 500.000 avro dəyərində yardım göstərilib.
Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəhbəri Seymur Fətəliyevin “Report”a müsahibəsi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəis müavini Aliyə Ağazadə dekabrın 12-də Venesiyanın Ka Foskari Universitetində agentliyin dəstəyi ilə aparılan azərbaycanşünaslıqla bağlı elmi fəaliyyət proqramı üzrə məsul professor Karlo Frappinin dərsində iştirak edərək ölkəmizin beynəlxalq humanitar yardım siyasəti, AIDA-nın fəaliyyəti barədə mühazirə oxuyub.
Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi münasibətilə İtaliyada “Nəsimi günləri” çərçivəsində dekabrın 11-də Venesiya şəhərinin Ka’ Foskari (Ca’ Foscari) Universitetində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycanın İtaliyadakı səfirliyi və universitetin birgə təşkilatçılığı ilə sonuncu tədbir keçirilib.
Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində Asiya, Afrika, Latın Amerikası və Avropanın bir sıra ölkələrinin diplomatları üçün noyabrın 10-dan 30-dək həyata keçirdiyi “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” (“Advanced Foreign Service Program for Foreign Diplomats”) adlı ixtisasartırma kursu başa çatıb.