03/04/2018

AİDA və İslam İnkişaf Bankı Afrikada kataraktadan əziyyət çəkən insanlara yardım etməyə davam edir

2 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndəsi İslam İnkişaf Bankının (İİB) Tunisdə keçirilən 43-cü İllik Toplantısında iştirak etmişdir. Tədbir çərçivəsində AİDA və “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) kampaniyasının digər tərəfdaşları tərəfindən kampaniyanın ikinci mərhələsinin başlamasını nəzərdə tutan sənəd imzalanmışdır.  Bununla, kampaniyanın 2018-2022-ci illəri əhatə edəcək və 12 Afrika ölkəsində həyata keçirilməsi nəzərdə tutulan ikinci mərhələsinə start verilmişdir.

Kampaniyanın 2012-2015-ci illərdə həyata keçirilən birinci mərhələsi nəticəsində Afrika Birliyinə daxil olan ölkələrdə kataraktadan əziyyət çəkən 56 mindən çox insanın görmə qabiliyyəti bərpa edilmiş və ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilmişdir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ