29/06/2018

AİDA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin (OECD/DAC) Qiymətləndirmə Şəbəkəsinin Parisdə keçirilən görüşündə iştirak etmişdir

Cari ilin 28-29 iyun tarixlərində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin nümayəndə heyəti Azərbaycanın qonaq statusunda təmsil olunduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin (OECD/DAC) Qiymətləndirmə Şəbəkəsinin Parisdə keçirilən görüşündə iştirak etmişdir.

Görüşün keçirilməsində əsas məqsəd Komitəyə üzv və iştirakçı ölkələrin həyata keçirdiyi inkişafa yardım proqramlarının qiymətləndirilməsidir. Görüş zamanı, donor ölkələr tərəfindən göstərilən inkişafa yardımın səmərəliliyinin artırılması, həmçinin siyasət strategiyalarının inkişafı istiqamətində müzakirələr aparılmışdır.

Qeyd edək ki, Azərbaycan 35 ölkənin üzv olduğu və inkişafa yardım sahəsində dünyada ən nüfuzlu və prestijli beynəlxalq qurum sayılan  OECD təşkilatının İnkişafa Yardım Komitəsində 2017-ci ildə qonaq statusu əldə etmişdir. OECD/DAC iclaslarında iştirak Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına, ölkəmiz tərəfindən həyata keçirilən donor fəaliyyətinin səmərəliliyinin artırılmasına və yeni siyasi tərəfdaşlıqların əldə edilməsinə xidmət edir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ