02/10/2012

“Neft yataqlarının geologiyası və neftin emalı metodları üzrə innovasiyalar” mövzusunda təlim kursu təşkil olunmuşdur

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA), Kolumbiya Prezidenti yanında Beynəlxalq Əməkdaşlıq Agentliyi (APC-Colombia) və Azərbaycan Dövlət Neft Akademiyasının "Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya" Elmi-Tədqiqat İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində 24 sentyabr - 2 oktyabr 2012-ci il tarixlərində "Neft yataqlarının geologiyası və neftin emalı metodları üzrə innovasiyalar" mövzusunda təlim kursu təşkil etmişdir.

Neft və qaz sənayəsində aparıcı rola malik və dünyada sənaye üsulu ilə ilk neft çıxaran ölkə kimi tanınan Azərbaycan və Latın Amerikasının böyük neft istehsalçılarından biri olan Kolumbiya ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən təlimin əsas məqsədi neft və qaz sənayesində ən son təcrübə və biliklərin mübadiləsinin aparılmasıdır.

Təlim kursunda Kolumbiya, Kuba, Misir, Qambiya, Cənubi Afrika, Vyetnam və Yəməndən olan mütəxəssislər iştirak etmişdir. Tədbirin proqramı neft yataqlarının geologiyasının nəzəri və praktiki əsasları, təkmilləşdirilmiş neft emalı metodları, neft quyularının geo-fiziki tədqiqatı və neft emalında nanotexnologiyanın tətbiqi kimi mövzuları əhatə etmişdir.

Cənub-Cənub əməkdaşlığının tərkib hissəsi olan bu təşəbbüs insan və institusional resursların və milli sistemlərin gücləndirilməsinə xidmət edir və neft emalı sahəsində istehsala və biliklərin, potensialın və yerli "nou hau"-nun istifadəsinə təkan verir. Eyni zamanda, iştirakçılar təlim zamanı Azərbaycanın zəngin mədəniyyəti və tarixi barədə də öyrənmək imkanı əldə etmişdir.Sonda isə təlimi müvaffəqiyyətlə başa vurmuş iştirakçılar sertifikatlarla təltif edilmişdir.Təlim kursu Azərbaycan Respublikası və Kolumbiya Respublikasının inkişaf etməkdə olan ölkələrə texniki yardım layihəsi çərçivəsində təşkil edilmişdir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ