04/07/2018

AİDA və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası əməkdaşlıq perspektivlərini müzakirə etmişdir

Cari ilin 3 iyul tarixində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Seymur Fətəliyev ilə Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının (İFRC) Baş katibi Elhac As Sinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Sözügedən görüşdə S.Fətəliyev ərazisinin 20%-i Ermənistan tərəfindən işğal olunan və 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan və bu qaçqın və məcburi köçkünlər arasında insan kapitalının qorunması istiqamətində çox uğurlu təcrübəyə malik olan Azərbaycanın vaxtilə yardım alan ölkədən hazırda ehtiyacı olan ölkələrə yardım edən donor ölkəsinə çevrildiyini bildirmiş və Azərbaycanın beynəlxalq yardım fəaliyyətindən bəhs edərək AİDA tərəfindən 40-dan çox ölkədə həyata keçirilən yardım layihələri barədə ətraflı məlumat vermişdir.

Görüş zamanı Elhac As Sin, öz növbəsində, İFRC-nin dünya ölkələrində və bölgələrdə fəaliyyətini və bu xüsusda qurulmuş tarixi əməkdaşlığın əhəmiyyətini vurğulamış və insanları böhran hallarına hazırlamaq və əhalinin bu kimi vəziyyətlərə dayanıqlılığını artırmaq istiqamətində AİDA ilə əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirmişdir.

Qeyd edək ki, görüşdə, həmçinin Azərbaycanla İFRC arasında imzalanmış Anlaşma Memorandumuna istinad edilərək, AİDA-nın Beynəlxalq Federasiya ilə mümkün əməkdaşlıq layihələrini nəzərdən keçirməyə hazır olduğu vurğulanmışdır.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ