27/11/2018

Azərbaycan nümayəndəsi Nyu Yorkda keçirilmiş tədbirdə iştirak etmişdir

“2018 Qlobal Cənub Cənub Əməkdaşlığı İnkişafı Sərgisi” çərçivəsində BMT-nin Cənub-Cənub Əməkdaşlığı İdarəsinin İslam İnkişaf Bankı ilə birgə 27 noyabr 2018-ci il tarixində Nyu Yorkda təşkil etdiyi “Ərəb Dövlətləri, Avropa və MDB-nin 5-ci Regional Şəbəkələşmə Forumu”nda Azərbaycan nümayəndəsi iştirak edmişdir.

Tədbirdə təqdimatla çıxış edən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndəsi Etibar Kərimov, müstəqilliyinin ilk dövrlərindən etibarən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 20 ildən artıq işğalı və 1 milyon 200 min insanın qaçqın və köçkünə çevrilməsinə baxmayaraq ölkəmiz tərəfindən aparılmış düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın yardım qəbul edən ölkədən donor dövlətinə çevrildiyi iştirakçıların diqqətinə çatdırmışdır..

E.Kərimov bu çərçivədə Azərbaycanda gənclərlə bağlı aparılmış dövlət siyasətindən bəhs edərək bildirmişdir ki, ilk dəfər olaraq Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə 2 fevral tarixi “Gənclər günü” elan olunmuş və bu tarixdən etibarən hər il gənclər günü böyük təntənə ili qeyd olunur. Bununla yanaşı, gənclərin inkişafı üçün Azərbaycan dövləti tərəfindən müxtəlif qanunları və proqramları qəbul edilmiş, ölkəmizdə gənclərin sosyal-iqtisadi problemlərinin həlli, onların sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi, eləcə də ictimai-siyasi həyatda aktiv iştirakının təşviq edilməsi üçün Gənclər Fondu, Sahibkarlığa Dəstək Fondu, Elmin İnkişafı Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası və İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondu tərəfindən səmərəli işlərin görüldüyünü bildirmişdir..

AİDA nümayəndəsi həmçinin gənclərin yaşayış və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən sosyal mənzillərin tikilərək istifadəyə verildiyini, gənc ailələr üçün aşağı faizli ipoteka kreditlərinin təklif edildiyini iştirakçıların diqqətinə çatdırmışdır..

Gənclərin sağlam mənəvi-psoxoloji və vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi önəm verən ölkəmizin gənclərlərin problemləri ilə əlaqədar geniş təcrübəsi olduğunu bildirən E.Kərimov Azərbaycanın bu sahədə əməkdaşlıq etməyə, xarici ölkələr və beynəlxalq təşkilatlarla təcrübə mübadiləsi aparmağa hazır olduğunu bildirmişdir..

Məlumat üçün qeyd etmək istərdik ki, tədbirin təşkilində əsas məqsəd növbəti ildə Argentinada keçiriləcək “Buenos-Ayres Fəaliyyət Planın 40-ci il Dönümü” adlı yüksək səviyyəli konfransa hazırlıq və “2030 İnkişaf Gündəliyi”ndə duran vacib məsələlərdən olan kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və gənclərin innovativ iqtisadi fəaliyyətlərə cəlb edilməsində İslam İnkişaf Bankına üzv ölkələri təcrübələrinin öyrənilməsindən ibarət olmuşdur. Tədbirdə üzv ölkələrin nümayəndələri ilə yanaşı, BMT sisteminə daxil olan müxtəlif qurumların təmsilçilər, eləcə də davamlı inkişaf üzrə beynəlxalq ekspertlər iştirak etmişlər..

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ