26/08/2019

“Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) proqramı 2019-cu ildə də davam etdirilməkdədir

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) İslam İnkişaf Bankı (İİB) ilə strateji tərəfdaşlıq çərçivəsində bir sıra Afrika ölkələrində “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) proqramı həyata keçirir.

2019-cu ildə keçirilmiş katarakt kampaniyaları çərçivəsində Çad və Nigerdə 10 mindən artıq xəstə ödənişsiz əsasda müayinə edilmiş və 2 minədək insan ödənişsiz əsasda əməliyyat olunmuşdur. Nəticədə həmin insanların görmə qabiliyyəti bərpa olunmuş və onların əmək fəaliyyəti ilə məşğul olmaları üçün əlverişli şərait yaranmışdır. Qeyd etmək istərdik ki, hazırda həmin kampaniyanın effektivliyini nəzərə alaraq, cari il ərzində Niger, Çad, Kot-d'İvuar, Burkina Faso, Mozambikdə humanitar aksiyaların keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, AIDA bu kampaniyaya 2012-ci ildə qoşulmuşdur. Layihə 15-dən artıq Afrika ölkəsində həyata keçirilmiş, nəticədə 60 minə yaxın insan əməliyyat edilmiş, 300 mindən çox insan isə müayinə olunmuşdur.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ