07/03/2020

Azərbaycan Hökuməti “COVID-19 müraciəti” Fonduna maliyyə yardımının verilməsi barədə qərar qəbul edib

Link: https://azertag.az/

Azərbaycan Respublikası və Dünya Səhiyyə Təşkilatı (DST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə DST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası DST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. DST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.

Azərbaycan Respublikasının DST ilə səmərəli əməkdaşlığı davam edir və martın 8-də qurumun ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ