02/07/2020

Azərbaycan İraqa humanitar yardım göndərib

Link: https://azertag.az/

Azərbaycan Prezidenti İlham Əliyev humanizm prinsiplərini əsas tutaraq koronavirusa qarşı mübarizə üçün İraqa humanitar yardım göstərilməsi barədə tapşırıq verib.

İraqın Xarici İşlər Nazirliyindən bildiriblər ki, iyunun 30-da 27 ton tibbi ləvazimat və preparatlardan ibarət humanitar yardım Bağdada çatdırılıb.

Azərbaycanın “Silk Way Airlines” şirkəti tərəfindən çatdırılan humanitar yardımı ölkəmizin İraqdakı səfirliyinin əməkdaşları İraq tərəfinə təhvil veriblər.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ