22/10/2012

Sahel regionu ölkələrinə səfər

Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentlik) rəisi Əşrəf Şıxəliyev 14-21 oktyabr 2012-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisi tərəfindən Afrikanın Sahel regionun üç ölkəsinə - Niger, Mali və Burkino Fasoyatəşkil edilmiş səfərdə iştirak etmişdir. Səfərdə Azərbaycan, Brüney Darüssəlam, Küveyt, Qətər və BƏƏ-nin Xarici İşlər Nazirliklərinin və bir sıra beynəlxalq təşkilat və donor agentliklərinin nümayəndələri iştirak etmişlər.

Səfər çərçivəsində adıçəkilən ölkələrin dövlət rəsmiləriilə müvafiq görüşlər keçirilmişdir. Nümayəndə heyətinin üzvləri həmçinin İƏTvəBMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisinin yerli nümayəndəliklərində, eləcədə bu ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəiklərin, beynəlxalq təşkilatların və QHT-lərin rəhbərləri ilə görüşlər keçirmişlər. Görüşlər zamanı nümayəndə heyətinin üzvlərinə bu ölkələrdə baş vermiş daşqınlar və Malidəki daxili siyasi vəziyyət nəticəsində qonşu ölkələrə qaçqın axını ilə əlaqədar yaranmış sosial gərginliklə bağlı məlumat verilmişdir.Nümayəndə heyətinin üzvləri həmçinin hər üç ölkədə İƏT, BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisi, eləcədə digər beynəlxalq təşkilatlar tərəfindən səhiyyə, ərzaq təhlükəsizliyi və yoxsulluğun aradan qaldırılması sahəsində həyata keçirilən layihələrlə tanış olmuşlar.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ