BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında Prezident İlham Əliyevin videoformatda çıxışı
BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin bu il çapdan çıxan “Dayanıqlı İnkişaf naminə Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıqda Qabaqcıl Təcrübələr” nəşrində ölkəmizin İslam İnkişaf Bankı (İİB) ilə strateji tərəfdaşlıq əsasında İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirdiyi “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (Alliance to Fight Avoidable Blindness - AFAB) kampaniyasındakı təcrübəsini əks etdirən məqalə dərc olunub.
İraqın Xarici İşlər və Səhiyyə nazirlikləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün İraqa göndərdiyi tibbi yardıma görə Azərbaycan hökumətinə və xalqına minnətdarlıq edib.
Fələstində koronavirus pandemiyası ilə (COVID-19) mübarizənin aparılmasına dəstəyin verilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusef Əl-Osaymin tərəfindən ünvanlanmış müraciətə cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti tərəfindən Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA) 300 min ABŞ dolları məbləğində vəsait ayrılıb.
Azərbaycan Prezidenti İlham Əliyev humanizm prinsiplərini əsas tutaraq koronavirusa qarşı mübarizə üçün İraqa humanitar yardım göstərilməsi barədə tapşırıq verib.