AİDA direktorunun müraciəti

Sizi Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəsmi internet səhifəsində ürəkdən salamlayıram.

Azərbaycan öz tarixi təcrübəsinə, mövcud nailiyyətlərinə və gələcək baxışlarına əsaslanan müstəqil xarici siyasət yürüdən bir dövlətdir. Azərbaycan güclü və davamlı iqtisadiyyata malik olan və digər ölkələrə humanitar və iqtisadi dəstək verən yeni bir donor ölkəyə çevrilmişdir. Bu strategiyanın səmərəli və düzgün şəkildə həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) yaradılmışdır.

2011-ci ildə yarandığı gündən etibarən Agentliyin əsas məqsədi dünyadakı sosial problemlər ilə mübarizə sahəsində beynəlxalq ictimaiyyətin səylərini dəstəkləməkdir. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı və inkişaf etməkdə olan ölkələrdən alınan müraciətlərin sayının artmasını nəzərə alınaraq, Azərbaycan Respublikası tərəfindən beynəlxalq yardımın vaxtında və əlaqəli şəkildə təmin edilməsi AİDA-nın əsas vəzifəsi kimi müəyyən edilmişdir. Beləliklə, Agentlik dünyada sülh, təhlükəsizlik və firavanlığa töhfə verməyə xidmət edir.

Agentliyin 2011-ci ildən bəri məhsuldar işi və uğuru açıq-aşkardır. Gənc olmasına baxmayaraq, AİDA böyük potensiala malikdir və layihələri və fəaliyyəti ilə böyük işlər görmüşdür. Biz həyata keçirdiyimiz layihələr vasitəsilə cəmiyyətlərə inkişaf və rifah gətirməklə dünyanın müxtəlif yerlərində yaşayan adi insanların həyatının yaxşılaşdırılması istiqamətində beynəlxalq donor cəmiyyətinin nəcib səylərinə yardım etməyə davam edəcəyik.

Seymur Fətəliyev
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəhbəri

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ