XƏBƏRLƏR->Press relizlər

Azərbaycan Respublikası tərəfindən Yəmənə yardım göstərilmişdir


25 aprel 2017-ci il tarixində İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardımın göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilmişdir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil etmişdir.

Azərbaycanda “İslam həmrəyliyi ili” elan edildiyi və ölkəmizin müsəlman ölkələri ilə İslam həmrəyliyi prinsipinə sadiqliyini nəzərə alaraq, genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Azərbaycan Respublikası tərəfindən Donor Konfransı çərçivəsində maliyyə yardımı göstərilmişdir.

Hazırda Yəmən dünyada yardıma ən çox ehtiyacı olan ölkələrdən biridir. Bu ölkədə 2015-ci ilin mart ayından etibarən getdikcə artan münaqişə milyonlarla insanın həyat təhlükəsizliyini və fundamental haqlarını risk altına qoyaraq geniş böhranının yaranmasına səbəb olmuşdur. Yəməndə təxminən 19 milyon insanın yardıma ehtiyacı vardır.