Təsnifatı və tətbiqində beynəlxalq təcrübə Mədəni diplomatiya dövlətlər və xalqlar arasında müxtəlif mədəniyyətlərin mübadiləsini, qarşılıqlı dözümlülük üzərindən dostluq körpülərinin salınması və mehriban qonşuluq əlaqələrinin qurulmasına geniş imkanlar yaradan xarici siyasət vasitəsidir. Mədəni diplomatiya müasir beynəlxalq münasibətlərdə hər dövlət üçün siyasi strategiyanın effektiv və təsirli alətidir.
Azərbaycan ümumbəşər mədəniyyətin və sivilizasiyanın minillik kəsişməsində var olan odlar diyarıdır. Onun bu gün ki siması tarixin əsəridir. Bu gün paytaxt Bakı bütün dünyada mədəniyyətlərarası və dinlərarası mövzularda mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən, multikulturalizm və tolerantlığı simgəliyən aparıcı beynəlxalq mərkəzlərdən biri kimi qəbul edilir.