İnkişafa yardım
İnkişafa yardım adətən inkişaf etməkdə olan ölkənin iqtisadi, sosial və siyasi inkişafına dəstək olmaq məqsədilə hökumətlər və digər qurumlar tərəfindən göstərilən yardımdır.
İnkişafa yardım sahəsində həyata keçirilən layihələr daha çox inkişaf etməkdə olan ölkələrdə sosial-iqtisadi inkişafın stimullaşdırılması üçün bu ölkələrin prioritetlərinə uyğun olaraq, maliyyə və texniki yardım şəklində, insan kapitalının artırılması və ölkələr arasında beynəlxalq əməkdaşlığın və sülhün möhkəmləndirilməsi məqsədilə həyata keçirilir.
AİDA tərəfindən həyata keçirilən inkişafa yardım layihələri əsasən müxtəlif təyinatlı elmi tədqiqat, təlim və təqaüd proqramlarının dəstəklənməsi, xarici dövlətlərdə əhalinin ən çox ehtiyac duyduğu sosial infrastruktur sahələrində layihələrin həyata keçirilməsi, habelə beynəlxalq təşkilatlar tərəfindən dünyanın bir sıra ölkələrində icra olunan layihə və fəaliyyətlərinə töhfələrin ayrılmasından ibarətdir.