2018
Argentinada fiziki məhdudiyyətli uşaqlara yardım
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) Argentinanın La Rioja əyalətində fiziki məhdudiyyətli uşaqlar üçün fəaliyyət göstərən bir neçə xüsusi məktəbə zəruri avadanlıqların alınması layihəsini həyata keçirib.
Zəruri avadanlıqlar görmə qabilliyətinin ölçülməsi üçün cihaz, yerimə və ayaqüstə dayanma qabiliyyəti olmayan uşaqlar üçün xüsusi avadanlıq, uşaq stimullaşdırıcı avadanlıqlar, görmə qabiliyyəti olmayanlar üçün xüsusi toplar, üzərində işıq, qum və yazı üçün tabletlər olan sensorlu masalar, uşaqlar üçün təzyiqölçən aparatlar, rəqəmsal surətçıxarıcı və digər zəruri avadanlıqlardan ibarət olmuşdur.