IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
2017-ci ilin mayın 5-də Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində AİDA və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşü keçirilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın açılış nitqi ilə çıxış etdiyi tədbirdə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi, UNESCO-nun baş direktoru, BMT Dünya Turizm Təşkilatının baş katibi, ISESCO-nun baş direktoru, NATO-nun İctimai Diplomatiya üzrə baş katibinin müavini, BMT-nin Nayrobi Ofisinin baş direktoru, həmçinin Ərəb Maqreb Birliyi, Afrika Birliyi Komissiyası, Qırmızı Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, Parlamentlərarası Birlik, Dünya Bankı, İslam İnkişaf Bankı, OECD, UNEP, USAID, TIKA, KOICA, GIZ, Fransa İnkişaf Agentliyi və digər nüfuzlu qurumların rəhbər işçiləri iştirak etmişlər.