2016

V Bakı Beynəlxalq Humanitar Forumu

2016-cı ilin 30 sentyabr tarixində V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AİDA BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası” mövzusunda dəyirmi masa təşkil etmişdir. Dəyirmi masaya AİDA rəhbəri Əşrəf Şıxəliyev və BMT-nin Humanitar məsələlərin əlaqələndirilməsi üzrə ofisində BMT Baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya ilə əməkdaşlıq üzrə köməkçisi Rəşid Xalikov həmsədrlik etmişlər.

Dünyanın müxtəlif ölkələrindən ictimai və siyasi xadimlər, Nobel mükafatı laureatları, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, eyni zamanda, yerli qurumların təmsilçiləri iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov, Bolqarıstanın vitse-prezidenti Marqarita Popova və BMT qurumlarının bir sıra rəhbər işçiləri açılış nitqləri ilə çıxış etmişlər.

Tədbir qaçqın və məcburi köçkünlər arasında insan kapitalının qorunub saxlanması və mövcud problemlərin həll yollarının tapılması üzrə geniş müzakirələrin aparılmasına imkan vermiş, eyni zamanda, ölkəmizin bu sahədə əldə etdiyi uğurlu təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşməyə şərait yaratmışdır.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ