2010 - 2017

Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası

Dünyada 40 milyondan çox görmə qabiliyyətini tam itirmiş, 300 milyondan çox isə görmə qabiliyyətini qismən itirmiş insan yaşayır. Afrikada isə əməliyyat xərcləri və oftalmoloqların çatışmazlığı səbəbindən çox az görmə qabiliyyətini qismən itirmiş insan öz sağlamlığına qovuşmağa nail ola bilir.

Bu səbəbdən, AİDA BMT-nin 3-cü Davamlı İnkişaf Məqsədini rəhbər tutaraq səhiyyə sahəsinə böyük diqqət ayırır və Afrikada İslam İnkişaf Bankı ilə strateji tərəfdaşlıq çərçivəsində “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) kampaniyasını həyata keçirir.

2009-2016-cı illəri əhatə edən kampaniyanın birinci mərhələsi ərzində Benin, Burkina Faso, Çad, Cibuti, Kamerun, Kot-d’İvuar, Qvineya, Liviya, Mozambik, Mali və Nigerdə ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilmiş, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insan isə ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşmuşdur. Eyni zamanda, kampaniya çərçivəsində 177 yerli həkimin peşəkar səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər keçirilmişdir.

2017-ci ildən etibarən kampaniyanın növbəti 5 ildə keçiriləcək ikinci mərhələsi başlamışdır.

AFAB6_article

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ