Humanitar yardım

Humanitar yardımın əsas məqsədi dünyanın müxtəlif bölgələrində baş verən təbii və ya insan tərəfindən törədilmiş fəlakətlərin fəsadlarının aradan qaldırılması və zərərçəkən insanların həyat şəraitinin bərpa edilməsidir. Humanitar yardım dedikdə, həmçinin fəlakətlərin qarşısının alınması, fəlakətlərə hazırlılıq qabiliyyətinin gücləndirilməsi və fəlakət riskinin azaldılması da nəzərdə tutulur.

Dünyada baş verən hadisələr nəticəsində beynəlxalq humanitar yardım sistemi yaranmışdır. Bu sistemin aparıcı iştirakçıları qismində Birləşmiş Millətlər Təşkilatı sisteminə daxil olam qurumlar, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, digər beynəlxalq təşkilatlar, müvafiq hökumət qurumları, donor agentlikləri və qeyri-hökumət təşkilatları çıxış edir.

Azərbaycan Respublikası da son 15 ildə bu humanitar yardım siyasətinin önəmli iştirakçılarından birinə çevrilmişdir. Bu humanitar yardımların bir çoxu AİDA vasitəsilə həyata keçirilir. Bir çox hallarda, humanitar yardım fəlakətlə üzləşmiş xarici ölkənin müraciəti əsasında təcili humanitar yardım şəklində göstərilir. Digər hallarda isə, humanitar yardımlar əvvəlcədən qəbul edilmiş yardım təyinatlı proqramlar çərçivəsində, davamlı olaraq humanitar yardıma ehtiyac duyan xarici ölkəyə göstərilir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ