09/10/2020

XİN əcnəbi diplomatlar üçün ixtisasartırma kursu təşkil edir

https://azertag.az/

ADA Universiteti və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (Agentlik, AIDA) inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə bir sıra Afrika ölkələrinin diplomatları üçün onlayn formatda “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” adlı ixtisasartırma kursu təşkil edir.

Proqram beş fərqli moduldan ibarət olmaqla, beynəlxalq siyasət, hüquq və təşkilatlar, iqtisadi və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və azərbaycanşünaslıq kimi mövzuları əhatə edir. Bu proqramda iştirak edən əcnəbi diplomatlar ölkəmizin tarixi, siyasəti, coğrafiyası və mədəniyyəti barədə geniş məlumat əldə edir.

Oktyabrın 5-16-da təşkil edilən proqramda Benin, Burkina-Faso, Cibuti, Ekvatorial Qvineya, Kamerun, Qambiya, Qana, Qvineya, Madaqaskar, Mavritaniya, Misir və Nigerdən olan 15 diplomat iştirak edir.

Proqramın oktyabrın 5-də keçirilən açılış mərasimində iştirakçılara Dağlıq Qarabağ münaqişəsində mövcud vəziyyət, Ermənistanın törətdiyi son təxribatlar və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə barədə ətraflı məlumat verilib.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ