Avstraliya İttifaqında 2019-cu ilin sonlarından tüğyan edən irimiqyaslı meşə yanğınlarının ağır fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək məqsədilə, Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən 50 min ABŞ dolları məbləğində humanitar yardım ayrılıb.
Fevralın 17-də Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula Von Der Leyenin dəvəti əsasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə keçirilən Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib.
Xəbər verildiyi kimi, Albaniyada noyabrın 26-da baş vermiş 6,4 bal gücündə zəlzələnin törədiyi fəsadların aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə bu ölkəyə Azərbaycan Hökuməti tərəfindən 500.000 avro dəyərində yardım göstərilib.
Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəhbəri Seymur Fətəliyevin “Report”a müsahibəsi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəis müavini Aliyə Ağazadə dekabrın 12-də Venesiyanın Ka Foskari Universitetində agentliyin dəstəyi ilə aparılan azərbaycanşünaslıqla bağlı elmi fəaliyyət proqramı üzrə məsul professor Karlo Frappinin dərsində iştirak edərək ölkəmizin beynəlxalq humanitar yardım siyasəti, AIDA-nın fəaliyyəti barədə mühazirə oxuyub.