16/10/2018

Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı

AIDA inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində 2018-ci ildən etibarən Asiyanın və Afrikanın bir sıra ölkələrinin diplomatları üçün ölkəmizdə “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” (“Advanced Foreign Service Program for Foreign Diplomats”) adlı ixtisasartırma kursu təşkil edir.

Gənc, orta və yüksək vəzifəli xarici diplomatların iştirak etdiyi proqramın əsas məqsədi idarəçilik və liderlik qabiliyyətlərinin inkişafına yönəlmişdir.

Proqram beş fərqli moduldan ibarət olmaqla, beynəlxalq siyasət, hüquq və təşkilatlar, iqtisadi və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və Azərbaycanşünaslıq kimi mövzuları əhatə edir. Bu proqramda iştirak edən əcnəbi diplomatlar, həmçinin ölkəmiz, onun tarixi, siyasəti, coğrafiyası və mədəniyyəti barədə geniş məlumat əldə edir.

Proqramın iştirakçıları müvafiq ölkələr tərəfindən təqdim edilmiş namizədlər arasından müsahibə əsasında seçilir.

10-30 noyabr 2018-ci il tarixlərində təşkil edilmiş ilk proqramda Banqladeş, Cibuti, Çin, Efiopiya, Əfqanıstan, Fələstin, Keniya, Malayziya, Monqolustan, Mozambik, Myanmar, Nepal, Pakistan, Somali, Toqo və Vyetnamdan olan diplomatlar iştirak etmişdir.

10-30 noyabr 2019-cu il tarixlərində baş tutmuş ikinci proqramda Argentina, Banqladeş, Bosniya və Herseqovina, Efiopiya, Ekvador, Əfqanıstan, Fələstin, Laos, Pakistan, Seneqal, Serbiya, Ruanda, Uruqvay, Vyetnam və Yəməndən olan diplomatlar iştirak etmişdir.

COVİD-19 pandemiyası ilə əlaqədar 5-16 oktyabr 2020-ci il tarixlərində onlayn formatda keçirilmiş növbəti proqramda Benin, Burkina Faso, Cibuti, Ekvatorial Qvineya, Kamerun, Qambiya, Qana, Qvineya, Madaqaskar, Mavritaniya, Misir və Nigerdən olan diplomatlar iştirak etmişdir.

5-19 iyun 2021-ci il tarixlərində təşkil olunan dördüncü proqramda Əfqanıstanın orta və yüksək vəzifəli diplomatları ilə yanaşı müxtəlif sahələrdə çalışan dövlət qulluqçuları iştirak edir.

AFSP 2021 Agenda

Video

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ