01/03/2021
Xorvatiyada zəlzələ
2020-ci ilin 29 dekabr tarixində Xorvatiyada Rixter cədvəli üzrə 6.3 gücündə baş vermiş dağıdıcı zəlzələ nəticəsində 7 nəfər həlak olmuş, onlarla insan xəsarət almış, Petrinye, Sisak və Qlina şəhərlərinin və ətraf kəndlərin yaşayış infrastrukturuna zərər dəymişdir.
Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Xorvatiyaya 500 000 (beş yüz min) ABŞ dolları məbləğində maliyyə yardımı göstərilmişdir.