19/07/2021

AZAL-ın təyyarəsi ilə Bosniya və Herseqovinaya koronavirusa qarşı peyvənd çatdırılıb

İyulun 19-da "Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarəsi ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinə koronavirusa qarşı 40 min peyvənd çatdırılıb.

Xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq, həmçinin Tacikistana 40 min "AstraZeneca" vaksininin dozası çatdırılacaq.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ