14/11/2012

AİDA Agentliyinin rəisi Əşrəf Şıxəliyev Səudiyyə Ərəbistanın Ciddə şəhərinə səfər etmişdir.

Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentlik) /Azerbaijan International Development Agency - AİDA/ rəisi Əşrəf Şıxəliyev cari ilin 9-13 noyabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərinə səfər etmişdir.

Səfər çərçivəsində Ə.Sıxəliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Ekmələddin İhsanoğlu, İƏT Kabinetinin Baş direktoru Vefahan Ocak, İƏT Baş katibinin elm və təhsil üzrə müavini Abdul Moiz Boxari, İƏT Baş katibinin humanitar məsələlər üzrə müavini Atta Al-Manan Baxit, İƏT Baş katibinin iqtisadi məsələlər üzrə müavini Hameed Opeloyeru, İslam İnkişaf Bankının vitse-prezidentiAhmet Tiktik və həmçinin hər iki qurumun aidiyyəti bölmələrinin rəhbərləri ilə görüşlər keçirmişdir. Görüşlər zamanı qarşı tərəfə AİDA Agentliyinin fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, təhsil və səhiyyə sahəsində mümkün əməkdaşlıq imkanları araşdırılmış və birgə həyata keçirilə biləcək layihələr ətrafında müzakirələr aparılmışdır.

 

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ