Ebola ilə mübarizə
Məlum olduğu kimi, 2014-cü ildə Ebola epidemiyasının bəzi Afrika ölkələrində yayılması çoxsaylı insan tələfatı ilə yanaşı, həmin ölkələrin iqtisadiyyatına ağır zərbə ilə nəticələnmişdir. Bu xüsusda, 2015-ci ildə Azərbaycan hökuməti Ebola epidemiyasından zərər çəkən Qvineya, Liberiya, Syerra Leone olmaqla, üç Afrika ölkəsinə bu epidemiya ilə mübarizəyə dəstək məqsədilə 1,000,000 ABŞ dolları həcmində yardım etmişdir. Yardım BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə Ofisi (OCHA) vasitəsilə həyata keçirilmişdir.
Ebola epidemiyasının Konqo Demokratik Respublikasında və regionda sosial-iqtisadi sahədə yaratdığı ciddi çətinliklərin aradan qaldırılması məqsədilə Afrika İttifaqı Komissiyasının müraciətinə cavab olaraq, Azərbaycan Respublikası tərəfindən 20 min ABŞ dolları həcmində yardım göstərilmişdir.