Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentlik) rəisi Əşrəf Şıxəliyev 14-21 oktyabr 2012-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisi tərəfindən Afrikanın Sahel regionun üç ölkəsinə - Niger, Mali və Burkino Fasoyatəşkil edilmiş səfərdə iştirak etmişdir. Səfərdə Azərbaycan, Brüney Darüssəlam, Küveyt, Qətər və BƏƏ-nin Xarici İşlər Nazirliklərinin və bir sıra beynəlxalq təşkilat və donor agentliklərinin nümayəndələri iştirak etmişlər
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA), Kolumbiya Prezidenti yanında Beynəlxalq Əməkdaşlıq Agentliyi (APC-Colombia) və Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində 24 sentyabr – 2 oktyabr 2012-ci il tarixlərində “Neft yataqlarının geologiyası və neftin emalı metodları üzrə innovasiyalar” mövzusunda təlim kursu təşkil etmişdir
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, inkişaf etməkdə olan dövlətlərə texniki yardım layihəsi çərçivəsində, ilk dəfə olaraq Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” elmi-tədqiqat İnstitutu ilə birgə carı ilin dekabr ayında Bakı şəhərində “Neft quyularının geologiyası və Neftin emalı metodlarında üstünlüklər” mövzusunda 10 günlük kurs təşkil etmişdir