Azərbaycan Respublikası Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması məqsədilə “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.
Avstraliya İttifaqında 2019-cu ilin sonlarından tüğyan edən irimiqyaslı meşə yanğınlarının ağır fəsadlarının aradan qaldırlmasına köməklik göstərmək məqsədilə, Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən 50 min ABŞ dolları məbləğində humanitar yardım ayrılmışdır.
XİN-nin Mətbuat xidmətinə verilmiş məlumata əsasən, Antiqua və Barbudanın yardım müraciətinə cavab olaraq, ölkəmizdə istehsal olunmuş tibbi ləvazimatlardan ibarət yardım Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) xətti ilə qarşı tərəfin xahişi əsasında Londona göndərilmişdir.
Azərbaycan Respublikasının İnkişafa Yardım Agentliyi (AİDA) İslam İnkişaf Bankı (İİB) ilə tərəfdaşlıq çərçivəsində 2019-cu il ərzində Çadın Ndcamena, Melfi və Adre bölgələrində, həmçinin Nigerin Magariya, Mayaçi, Mayne-Soroa və Diffa bölgələrində növbəti “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) kampaniyasını keçirmişdir.
Türkiyə İnkişaf və Koordinasiya Agentliyi (TİKA), BMT-nin Cənub-Cənub Əməkdaşlığı İdarəsi (UNOSSC), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİKA), İslam İnkişaf Bankı (İİB) ilə birgə 11-13 dekabr 2019-cu il tarixlərində İstanbulda təşkil etdiyi “İİB-yə üzv dövlətlərin milli inkişaf agentliklərinin 4-cü görüşü” və “Beynəlxlaq əməkdaşlıq agentlikləri rəhbərlərinin yüksək səviyyəli forumu”nda Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələri Gülnarə Ağalarova və Etibar Kərimov iştirak etmişdir.