26 oktyabr, 2018-ci il tarixində VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ADA Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) təşkilatçılığı ilə “Gələcəyimizə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru” mövzusunda dəyirmi masa keçirilmişdir.
İndoneziya hökumətinin İslam İnkişaf Bankı (İİB) ilə birgə 18-19 oktyabr 2018-ci il tarixlərində Balidə təşkil etdiyi “İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələri beynəlxalq inkişaf agentliklərinin 3-cü Dialoq Görüşü”ndə Azərbaycan nümayəndəsi iştirak etmişdir.
Azərbaycan Respublikası Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğunu və islam həmrəyliyinə sadiqliyini nəzərə alaraq, hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East – UNRWA) cari ilin oktyabr ayında 200,0 min ABŞ dolları məbləğində yardım edib.
İndoneziyada baş vermiş 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilmişdir.
11-12 sentyabr 2018-ci il tarixlərində BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) təşkilatçılığı ilə Parisdə keçirilən “YUNESKO Tərəfdaşları Forumu”nda ölkəmiz Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndəsi tərəfindən təmsil olunmuşdur.