Cari ilin 3 iyul tarixində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Seymur Fətəliyev ilə Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının (İFRC) Baş katibi Elhac As Sinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.
Cari ilin 28-29 iyun tarixlərində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin nümayəndə heyəti Azərbaycanın qonaq statusunda təmsil olunduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin (OECD/DAC) Qiymətləndirmə Şəbəkəsinin Parisdə keçirilən görüşündə iştirak etmişdir.
Cari ilin 28 iyun tarixində Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin əməkdaşı Əli Əlabbasov İstanbul şəhərində keçirilən İslam İnkişaf Bankı, SESRİC, İslam Əməkdaşlıq Təşkilatı və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı ilə Ərəb dövlətləri, Avropa və MDB ölkələri üçün Cənub-Cənub əməkdaşlığı üzrə 4-cü regional şəbəkələşmə Forumunda iştirak etmişdir.
27 iyun 2018-ci il tarixində Azərbaycan nümayəndə heyəti Tayland hökumətinin, BMT-nin İnkişaf Proqramı və BMT-nin Cənub-Cənub Əməkdaşlığı İdarəsi ilə birgə təşkilatçılığı ilə Banqkokda keçirilən “Cənub-Cənub Əməkdaşlığı üzrə Regional Məsləhətləşmələr”də iştirak etmişdir.
İslam Əməkdaşlıq Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRİC) və BMT-nin Cənub-Cənub Əməkdaşlığı İdarəsi ilə birgə 20-22 iyun 2018-ci il tarixlərində İstanbulda təşkil etdikləri "2030-cu il Gündəliyinin həyata keçirilməsində Cənub-Cənub və Üçbucaq Əməkdaşlığına BMT-nin gücləndirilmiş dəstəyi” mövzulu təlim proqramında AİDA-nın əməkdaşı Təranə Sadıqova iştirak etmişdir.