Missiya

AİDA-nın əsas missiyasi dayanıqlı, firavan və daha gözəl bir dünyanın qurulmasında Azərbaycan xalqının dəstəyini beynəlxalq aləmə çatdırmaqdır. Azərbaycanın güclü iqtisadi inkişafı sayəsində AİDA inkişaf etməkdə olan ölkələrdə insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq cəhdlərə öz töhvəsini vermişdir. Bu çərçivədə, Agentliyin əsas fəaliyyəti yoxsulluğun azaldılması, insan sağlamlığının yaxşılaşdırılması və yardıma ehtiyacı olan ölkələrin sosial və iqtisadi inkişafının gücləndirilməsini əhatə edir. Bundan əlavə, AİDA-nın mühüm fəaliyyət istiqamətlərindən biri də təbii və insan tərəfindən törədilən fəlakətlərin, humanitar böhranların və hərbi münaqişələrin qurbanlarına və zərər çəkmiş şəxslərə köməyin çatdırılmasıdır. Güclü təhsil sisteminin qlobal inkişafın dayağı olduğunu nəzərə alaraq, AİDA inkişaf etməkdə olan ölkələrdə təhsil səviyyəsinin artırılması və insan kapitalının yaradılmasına dəstəyi öz missiyasının ən vacib hissəsi kimi görür. AİDA qlobal səviyyədə davamlı inkişafa və humanitar yardıma öz töhvəsini verir və bu vacib məqsədinə çatmaq üçün davamlı olaraq irəliləyir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ