Gələcəyə baxış

BMT-nin “Davamlı İnkişaf Məqsədləri”-ni rəhbər tutaraq, Agentlik yoxsulluqla mübarizə, elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafı, informasiya texnologiyalarının daha geniş tətbiqi və enerji resurslarından səmərəli istifadəni daim diqqət mərkəzində saxlayır. AİDA-nın əsas məqsədi Azərbaycanın müxtəlif iqtisadi və sosial sahələrdəki nailiyyətləri və təcrübəsini müvafiq humanitar və inkişaf proqramları vasitəsi ilə inkişaf etməkdə olan ölkələr ilə bölüşməkdir. Buna uyğun olaraq, AİDA insanların həyatına inkişaf və rifah gətirməklə onların həyatının yaxşılaşdırılmasına yönələn beynəlxalq donor cəmiyyətinin cəhdlərinə öz töhvəsini verməyə davam edəcəkdir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ