2014
Sent Vinsent və Qrenadində daşqın
2014-cü ildə güclü yağışlar Sent Vinsent və Qrenadində güclü daşqınlara səbəb olmuşdur. Daşqınlar nəticəsində ölkənin kənd təsərrüfatı, enerji sektoru və digər sahələrində yaranmış fəsadların aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən AİDA vasitəsilə Sent Vinsent və Qrenadinə yardım göstərilmişdir.