2013
Filippində Hayyan qasırğası
2013-cü ildə Filippində minlərlə insanın tələfatı və yüzlərlə evin tamamilə dağılması, qida, su və digər ilkin ehtiyac məhsullarının kəskin şəkildə qıtlığına səbəb olmuş Hayyan qasırğası baş vermişdir. Qasırğa nəticəsində evakuasiya mərkəzlərində sığınacaqlarda yerləşdirilmiş 100 min insan humanitar yardıma ehtiyac duymuşdur. Qasırğanın fəsadlarının aradan qaldırılması məqsədilə AİDA BMT-nin Ümumdünya Ərzaq Proqramının Filippində həyata keçirdiyi humanitar yardım proqramları vasitəsilə bu ölkəyə maliyyə yardımı etmişdir.