Avstraliyada irimiqyaslı meşə yanğınları
Avstraliya İttifaqında 2019-cu ilin sonlarından 2020-ci ilin ilk aylarınadək tüğyan edən irimiqyaslı meşə yanğınlarının ağır fəsadlarının aradan qaldırlmasına köməklik göstərmək məqsədilə, Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən 50 min ABŞ dolları məbləğində humanitar yardım ayrılmışdır. Bu maliyyə töhfəsi AİDA tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə Avstraliya Qırmızı Xaç Cəmiyyətinə ianə edilmişdir.
Qeyd edək ki, xarici kütləvi informasiya vasitələri tərəfindən Avstraliyanın əsasən cənub-şərq sahillərində baş vermiş yanğınların nəticəsində 25 nəfərin həyatını itirdiyi, 2000-ə yaxın evin və 8 milyon hektardan artıq ərazinin yandığı, yüz milyonlarla heyvanın tələf olduğu bildirilmişdir.