2021

İndoneziyada zəlzələ

2021-ci ilin 15 yanvar tarixində İndoneziyanın Sulavesi adasında Rixter cədvəli üzrə 6.2 bal gücündə episentri Qərbi Sulavesi əyalətinin Majene şəhəri olan zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində episentrə yaxın ərazilərdə çoxmərtəbəli binalar da daxil olmaqla, 10 ədəd yaşayış evi tamamilə dağılmış, 100-ə yaxın evə ziyan dəymiş, çox sayda dükan-evlər dağılmışdır.

Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə İndoneziya Qırmızı Xaç cəmiyyətinə 50 000 (əlli min) ABŞ dolları məbləğində maliyyə yardımı göstərilmişdir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ