Burundi qaçqınlarına yardım
2019-cu ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən “2019-2020-ci illər üzrə Burundi qaçqınlarına Regional Yardım Planı” təqdim edilərək, nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi üçün yardımın göstərilməsi məqsədilə, üzv dövlətlərə müraciət edilmişdir.
Müraciətə cavab olaraq, Azərbaycan Respublikası tərəfindən böhrandan əziyyət çəkən Burundili qaçınlara yardım etmək məqsədilə 30 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılmışdır. Sözügedən vəsait Tanzaniya, Konqo Demokratik Respublikası, Ruanda və Uqandada məskunlaşmış Burundi qaçqınlarının təcili humanitar tələbatının qarşılanması, onların öz ölkələrinə qayıdışının təşviq edilməsi və cəmiyyətə reinteqrasiya olunmasının dəstəklənməsinə yönəldilmişdir.