2012
Fələstin dövlətinin Qəzza bölgəsi
2014-cü ilin may-iyun aylarında aparılmış hərbi əməliyyatlar nəticəsində Qəzza bölgəsində yaranmış ağır vəziyyət və humanitar böhranla əlaqədar BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyi (UNRWA) vasitəsilə AİDA tərəfindən Fələstinə maliyyə yardımı göstərilmişdir. Eyni zamanda, bundan öncə də UNRWA vasitəsilə BMT Təhlükəsizlik Şurasının 2012-ci ilin 21 noyabr tarixində Qəzzada hərbi toqquşmaların dayandırılması və humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar Fələstin xalqına humanitar yardımın göstərilməsi ilə bağlı bəyanatına cavab olaraq Qəzza bölgəsinə maliyyə yardımı edilmişdir.