2017

Yəməndə münaqişə

Hazırda Yəmən dünyada yardıma ən çox ehtiyacı olan ölkələrdən biridir. Yəməndə getdikcə artan münaqişə milyonlarla insanın həyat təhlükəsizliyini və fundamental haqlarını risk altına qoyur. Bu münaqişə nəticəsində Yəməndə hazırda qida təhlükəsizliyi üzrə dünyada ən böyük fövqəladə hal yaranmışdır. 2017-ci ildə İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardımın göstərilməsi məqsədilə keçirilmiş BMT-nin Yüksək Səviyyəli Donor Konfransında BMT Baş Katibi Antonio Quterreşin müraciəti əsasında Azərbaycan Respublikası tərəfindən də AİDA vasitəsilə bu ölkəyə maliyyə yardımı göstərilmişdir.

XƏBƏRLƏRİMİZƏ ABUNƏ OL

banner

TƏRƏFDAŞLARIMIZ